Məsut Özil: "çətin oyun olacaq"

img

09-04-2013 [10:01]


?Real?ın futbolusu Məsut Özil Çempionlar Liqasının 1/4 finalında ?Qalatasaray?la cavab matçı öncəsi ?Beşiktaş? klubunun eyni adlı televiziya kanalına açıqlamlar verib. İstanbulda olmaqdan məmnunluğunu ifadə edən türk əsilli futbolçu cavab matçı haqqında bunları deyib: ? İlk matçda 3:0 hesabı ilə qalib gəlsək də, oyunun çətin olacağını düşünürəm. ?Qalatasaray? öz meydanında oynayacaq və azarkeşlər onlara böyük dəstək verəcək. Öz oyunumuzu oynasaq, qalib gələcəyimizə inanıram?. 24 yaşlı yarımmüdafiəçi baş məşqçiləri Joze Mourinyo haqqında verilən sualı isə belə cavablandırıb: ?Onunla çalışmaq çox gözəldir. Hər zaman mənə dəstək olur. Mourinyo mənim üçün dünyanın ən yaxşı baş məşqçisidir? deyə o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA