Ismayıl Ömərovun yerinə müsabiqə elan olundu

img

04-04-2013 [01:35]


Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar müsabiqə elan edib. Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır: - Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı; - Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil?məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 4 aprel 2013-cü il tarixdən 19 aprel 2013-cü il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər: 1. Ərizə 2. Şəxsiyyət vəsiqəsinin surəti 3. Əmək kitabçasının surəti 4. Tərcümeyi-hal 5. Kadrların şəxsi uçot vərəqi 6. Ali təhsil haqqında dövlət sənədi İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra ?İctimai Televiziya və Radio Yayımı haqqanda? Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinintələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimaiTeleviziya və Radio Yayım Şurasına təqdim ediləcək. Qeyd edək ki, ?İctimai Televiziya və Radio Yayımı haqqında? qanunda baş direktorun səlahiyyət müddəti ilə bağlı müddəa yoxdur. Bu da o deməkdir ki, sözügedən vəzifəyə artıq iki dəfə seçilmiş hazırki baş direktor İsmayıl Ömərov yenidən namizəd ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR