Ətraf mühitin mühafizəsi ilə bağlı Olimpiadaya start verildi

img

30-03-2013 [06:39]


raf Mühitin Mühafizəsi ? İNEPO Avasiya Beynəlxalq Layihə Olimpiadası Bakı şəhərində ətraf mühitin mühafizəsi problemləri və onların həlli yollarına həsr edilmiş, hər il məktəblilər arasında keçirilən Olimpiadaya start verildi. 2 aprel saat 10.00 da Bakı Türk kollecində mətbuat konfransı keçiriləcək maraqlanan mətbuat numayəndələri dəvətlidirlər. Ətraf Mühitin Mühafizəsi ? İNEPO Avasiya Beynəlxalq Layihə Olimpiadası Bakı şəhərində ətraf mühitin mühafizəsi problemləri və onların həlli yollarına həsr edilmiş, hər il məktəblilər arasında keçirilən və yekunlaşdırılan olimpiadadır. İlk dəfə 2007-ci ildə keçirilmişdir. O zamandan bu günədək orta hesabla 30 ölkənin məktəbliləri iştirak edirlər. Olimpiadanın təşkilatçısı İNEPO Avasiya İctimai Təşkilatıdır. Olimpiadanın keçirilməsinə maliyyə dəstəyini Azərbaycan Dövlət Neft Şirkəti, informasiya dəstəyini isə İctimai Televiziya və Radio Yayımları Şirkəti verir. Bundan başqa, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ?Çağ? Öyrətim İşlətmələri Şirkəti olimpiadanın keçirilməsinə hərtərəfli yardım edirlər. Olimpiada ənənvi olaraq hər il aprel ayının birinci ongünlüyündə keçirilir. Müxtəlif ölkələrdən gəlmiş məktəblilər ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün özlərinin layihələrini təqdim edirlər. Təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qaliblərə müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla yanaşı müxtəlif hədiyyələr də verilir. Bu barədə ətraflı məlumatı www.inepo-euroasia.com internet saytından ala bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR