Əvəz Zeynallı həbsxanadan məktub yazdı

img

27-03-2013 [04:20]


Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya açıq məktub yazıb. Əvəz Zeynallı açıq məktubunda ədalət mühakiməsi sahəsindəki problemlərdən bəhs etmiş, hakimlərin insani, vicdani və mənəvi keyfiyyətlərdən nə qədər uzaqlaşdırıldığını qeyd edib. O, "təbəssümünüzü də saxtalaşdırmısınız" - deyə, hakimləri ittiham edir. Əvəz Zeynallınlın hakimlərə ünvanladığı açıq məktubu martın 27-də Bakı İstintaq Təcridxanasından BACM-nin hakimi Ramella Allahverdiyevanın ünvanına göndərilib. Məktubun daşıdığı ictimai əhəmiyyəti nəzərə alaraq, onun bu günlərdə ölkə mətbuatına çıxarılacaq. Bundan başqa, Ə.Zeynallının məhkəyə verdiyi 103 səhifəlik ifadəsi də hazırda çapa hazırlanır. Baş redaktor həmin ifadəsində ona və "Xural" qəzetinə qarşı son 10 ildə həyata keçirilən təzyiqləri və təqibləri ardıcıllıqla göstərib. İfadədə "Xural" qəzeti ətrafında qurulması planlaşdırılan "dövlət şevrilişinə cəhd" planından tutmuş, "üzəduran" şahidlərin hakimiyyətdə təmsil olunan hansı məmurlarla qohumluq, dostluq, yaxınlıq əlaqələrinin olduğunu açıqlanıb: 1. Gülər Əhmədova razılıq verməsəydi, Əvəz Zeynallını kimlər şərləyəcəkdi? 2. Əvəz Zeynallını öldürmə planından niyə imtina olundu? 3. G.Əhmədovanın "ailəmi qorumuşam" bəyanatının arxasında duran səbəb nə idi? 4. "Saxta və üzəduran şahidlər" hansı dövlət məmuru tərəfindən təlimatlandırılıb? 5. "Xural" ətrafındakı "dövlət çevrilişi" şousunda daha kimlərin həbsi planlaşdırılıb: kimlər həbs olundu, kimlər qurtuldu? Bu və ya digər şok sualların cavabları ifadədə aydınlaşdırılır. Ə.Zeynallının geniş və şok məlumatlarla zəngin ifadəsi artıq çapa hazırdır və bu ifadə də bu günlərdə mətbuata və tanınmış müstəqil yazarlara göndəriləcək. Qeyd edək ki, martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 9 il müddətində azadlıqdan məhrumetmə hökmü çıxarıb (Qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR