Portuqaliya millisinin baz məzqçisindən Azərbaycana növbəti hörmətsizlik

img

27-03-2013 [12:10]


DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan ? Portuqaliya oyunundan sonra qalmaqal düşüb. Qonaq komandanın baş məşqçisi Paulo Bentu keçirdiyi mətbuat konfransında yerli jurnalistlərin ona verəcəyi sualın Azərbayca dilinə tərcümə olunmasına imkan verməyib. Əvvəlcə Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri buna görə üzrxahlıq edib. Lakin azərbaycanlı jurnalistlər buna etirazlarını bildiriblər. Onlar qeyd ediblər ki, hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında da Portuqaliya tərəfi jurnalistlərə eyni hörmətsizliyi edib. Təkidlərinin bir nəticə vermədiyini görən yerli jurnalistlər mətbuat konfransının keçirildiyi zalı tərk ediblər. Portuqaliya Futbol Federasiyasının nümayəndəsi Azərbaycan tərəfinə bu hörmətsizliyin səbəbini onunla izah edib ki, Portuqaliya televiziyası mətbuat konfransından canlı yayım verdiyi üçün onlar fikirlərinin Azərbaycan dilinə tərcümə olunmasına razı deyillər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA