Foqtsdan iddialı açıqlama: ?Portuqaliyaya qalib gəlmək istəyirik?

img

25-03-2013 [01:17]


DÇ-2014-ün sabah Portuqaliyaya qarşı baş tutacaq seçmə oyunu ilə əlaqədar bu gün milli komandamızın baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Almaniya mütəxəssis komandasının hazırlığından razı qaldığını deyib. O qeyd edib ki, sabah Azərbaycan millisini dünyanın ən güclü komandalarından biri ilə oyun gözləyir. Berti Foqts zədəsi səbəbindən Vaqif Cavadovun bu qarşılaşmanı buraxacağını söyləyib. Hazırda yaxşı formada olmasına baxmayaraq, Araz Abdullayevin milliyə dəvət almamasına toxunan baş məşqçi deyib: ?O, milliyə nəyə görə dəvət almadığını yaxşı bilir. Araz Avroliqada çox az oynayıb. Milli çempionatla beynəlxalq turnirlər arasında çox fərq var?. Berti Foqts bildirib ki, Portquqaliya millisində Ronaldo ilə Naninin oynamamsı komandasının işini çətinləşdirəcək. Onun sözlərinə görə, Ronaldo çıxış etsəydi, oyun bu futbolçunun üzərində qurulacaqdı. İndi isə fərqli olacaq. Berti Foqts Cihan Özkaranın meneceri ilə dost olduğu üçün bu futbolçunu milliyə dəvət etməsi haqda suala belə cavab verib: ?Mən onun menecerini tanımıram?. Foqts bu iddiaları təkzib edib. Berti Foqts millinin təlim-məşq toplanışına başqa komandalardan tez başlamasının klubların hazırlığının qaydasında olmaması ilə əlaqələndirib. Berti Foqts Portuqaliya ilə oyunda sürprizə imza ataraq bu komandaya qalib gəlmək istədiklərini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA