imizlidə məmurların vəzifə ?döyüz?ü bazlayıb

img

23-03-2013 [06:59]


Vilyam Hacıyev İmişlidə daha bir qalmaqalın genişlənməsinə zəmin yaradıb. O, təxminən bir ay əvvəl rayonda büdcə təşkilatları əməkdaşlarının keçirdiyi aksiyada iştirak edənlərə görə həmin idarə rəislərindən birini cəzalandırmaqla, rayonda yeni vəzifə savaşının əsasını qoyub. Bu barədə ?Reytinq?ə məlumat verən rayon sakinlərinin sözlərinə görə, maaşlarının verilməməsinə görə aksiyada iştirak edən Mədəniyyət və Turizm İdarəsinin 10-ay yaxın əməkdaşına görə rayon rəhbərliyi idarənin rəisi Hasil Tağıyevi cəzalandırıb: ?Hasil Tağıyev aksiyada iştirak edən işçilərinin güdazına verildi. İcra başçısı Vilyam Hacıyev Mədəniyyət və Turizm İdarəsinin işçilərinin aksiyada iştirak etməsinə görə onu günahlandırıb, vəzifədən getməsinə nail oldu. Əslində isə, Hasil Tağıyevin belə bir vəziyyətlə üzləşməsinin səbəbi onun postuna sahiblənmək istəyən qüvvələrin gizli planı idi. Belə ki, Mədəniyyət və Turizm İdarəsinin aksiyada iştirak edən əməkdaşlarının maaşlarının gecikdirilməsi ondan asılı olmayıb. Sadəcə rayon Maliyyə İdarəsi Mədəniyyət və Turizm İdarəsinin pulunu 5 ay ləngitdiyindən elə bir narazılıq doğuran vəziyyət yaranmışdı. Ancaq icra başçısı buna görə maliyyə idarəsinin rəisi Rəhim Rəhimovu deyil, Hasil Tağıyevi cəzalandırdı. Üstəlik, Maliyyə İdarəsinə Hasil Tağıyevi yoxlamaq göstərişi də verildi. Maraqlı budur ki, Hasil Tağıyev vəzifədən gedən kimi işçilərin maaşı ödənildi. Sual olunur, maaşları niyə vaxtında vermirdilər? Niyə 5 ay pulu ləngidirdilər? Əlbəttə, bu sualların cavabı başçıya və Hasil Tağıyevin vəzifəsini tutmaq istəyənlərə bəllidir?. Müsahibimiz bildirir ki, Hasil Tağıyev səhhəti ilə bağlı İmişlini belə tərk etsə də, onun vəzifəsi uğrunda gün getdikdə mübarizə daha da şiddətlənib: ?Burada maraqlı məqamlardan biri də o idi ki, həmin etiraz aksiyasında ?Komxoz?un (hələ bu hadisədən əvvəl bu qurum, yəni Kommunal Təsərrüfat Birliyi rayon Yaşıllaşdırma idarəsi ilə birləşdirilib və başçının yaxın adamı birləşmiş quruma rəhbər təyin olunub-redaksiya) işçiləri də iştirak edib. Lakin eyni problem səbəbindən ayağa qalxan ?Komxoz?un işçilərinə görə rəis Rasim Abışov toxunmadılar. Çünki o, Vilyam Hacıyevin öz kadrıdır və rayondakı ?güclər? onun hələki toxunulmaz olduğunu bilirlər. Hasil Tağıyevə gəldikdə isə, onu işdən azad olunandan sonra müalicə adı ilə İmişlini tərk etdi. Amma onun boş qalmış vəzifəsi rayonda yeni qarşıdurma yaradıb. Belə ki, həmin postu tutmaq üçün rayonun bir neçə vəzifə sahibi fəaliyyətə başlayıb. Onlardan ən şanslısı isə maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun xalası oğlu olan icra başçısının keçmiş müavini Şahin Əliyevdir. Şahin Əliyevin həmin postu tutması üçün Rəhim Rəhimovla yanaşı, təhsil şöbəsinin müdiri Ramiz Əmirov da əllərindən gələni edirlər. Lakin hələ də başçının müsbət rəyini ala bilməyiblər. Daha dəqiqi, onlar arasındakı hansısa anlaşılmazlığı razılaşdırmaq müşklə çevrilib. Hələlik isə Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsini idarənin baş mühasibi icra edir. Həmin baş mühasib də Rəhim Rəhimovun qohumudur?. Məlumatlı şəxs deyir ki, bir müddət əvvəl maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun özü də icra başçısı Vilyam Hacıyevlə problemlər yaşayıb: ?Vilyam Hacıyev yeni gələndə onu uzaqdan qohumluğu çatan ?Kapitalbank?ın İmişli filialının keçmiş müdiri Əlirza Haqverdiyevlə əvəzləmək istəyib. Lakin qəribə görünsə də, Rəhim Rəhimovu həmin vaxt ?devirə? bilməyiblər. Tam əksinə, bundan sonra Rəhim Rəhimov mövqeyini xeyli möhkəmləndirib. Əlirza Haqverdiyev isə təxminən 10 gün əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad Regional Mərkəzinə rəis təyin olunmuş rayon icra başçısının keçmiş müavini Saleh Səmədovun müavini təyin olunub. Bu hadisədən sonra isə Rəhimov daha da rahatlaşıb. Yəqin ki, yaxın həftələrdə onlar qohumlarının mədəniyyət və turizm idarəsinə rəis təyin olunmasına nail olacaqlar?. Yazıda adları çəkilənlərin hər birinin mövqeyini dərc etməyə hazırıq

Digər xəbərlər
SON XƏBƏRLƏR