Konsul milyarder diaspora rəhbərini ?günc?ə sıxır

img

23-03-2013 [06:58]


Martın 16-da Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu qarşısında bir qrup şəhər sakini Azərbaycanlı milyarder, sözügedən şəhərdəki Azərbaycanlıların Milli-mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişovun əleyhinə piket keçiriblər. Məlumata görə, piketin keçirilməsinə səbəb Vaqif Məmişovun sahibi olduğu "KONRAD" şirkətlər qrupu tərəfindən şəhərdəki keçmiş Farforov qəbiristanlığının ərazisinin bir hissəsində ticarət-əyləncə mərkəzinin tikintisi olub. Rusiya xəbər portallarının iddiasına görə, aksiya zamanı iki şəxs piketdə iştirak edən bir yaşlı qadının Vaqif Məmişovun əleyhinə qaldırdığı plakatı cırmaqla yanaşı, onun üstünə süd məhsulu da töküblər. İddiaya görə, həmin şəxslər Vaqif Məmişova yaxın azərbaycanlılar olub. Azərbaycanın Baş Konsulluğu isə bu faktın əvvəlcədən planlaşdırıldığını xüsusi deyərək, hadisəni təxribat sayıb. Konsuluq hadisənin konsulluğa və Azərbaycan Respublikasına heç bir aidiyyəti olmadığını bəyan edib: ?Bu, Rusiyanın və onun şirkətlərinin daxili işidir?. ?Reytinq?i məlumatlandıran Sankt-Peterburqdakı soydaşlarımızdan biri isə deyib ki, sözügedən tikinti ilə bağlı təxminən 15 gün əvvəldə aksiya keçirilib: Həmin aksiya tikinti ərazisinin önündə keçirilib. Həmin aksiyada bir neçə siyasi də iştirak edərək, Azərbaycana və azərbaycanlılara, o cümlədən Vaqif Məmişovun əleyhinə ifadələr səsləndirib: ?Hətta Vaqif Məmişova xitabən ?qazandıqlarını götür, get, Azərbaycana. Rusiya rusların vətəndir?,- deyə. Plakatlarda qaldırılıb. Həmin vaxtı aksiyada təxminən 500 nəfər olub. Son aksiyada da eyni adamlar iştirak edib. Bu isə onu göstərir ki, həmin adamlar kimlərsə tərəfindən idarə olunur?. Müsahibimiz aksiyada baş konsul Qüdsü Osmanovun rolunun olub-olmaması haqda deyilənlərə də aydınlıq gətirib: ?Onlar arasında bir neçə ildir kəskin münasibətlər var. Hətta Vaqif Məmişov diplomatik statusu olmasına baxmayaraq, onu şəhərdən qaçmağa da məcbur elədi. O, 2-3 ay Sankt-Peterburqa ayaq basa bilmədi. Sonradan Azərbaycanın güclü dəstəyi ilə konsul şəhərə döndü. Düzdür, bəziləri sonradan onların arasında anlaşılmazlığın ortadan qalxdığını deyirlər. Amma bu yalandır. Qüdsü Osmanov Vaqif Məmişova alternativ diaspora təşkilatının yaradılmasına ciddi dəstək verməklə, bunun əksini sübut eləyib. Vaqif Məmişova qarşı son aksiyalarda konsulluğun tutduğu mövqe də ortada şübhəli məqamların olduğunu göstərir. Düzü, aksiyada hansısa qadına qarşı təxribat xarakterli hərəkətin yaşanmasında Vaqif Məmişovun rolunun olduğu inandırıcı deyil. Amma konsulluq ?təxribatlara uymayın? deməklə, şübhələrə yol verib?. Vaqif Məmişovun həmin ərazidə qanuni yolla tikinti apardığını da deyən müsahibimiz ?əgər ortada qanunsuzluq varsa, rəsmilər hərəkət eləməlidir. Burada özbaşına, qanunsuz tikinti işləri görmək mümkün deyil. Vaqif Məmişov gənc yaşlarından burada böyük bizneslə məşğuldur. İndiyə qədər də belə halla üzləşməyib. Onun adı son illər, daha dəqiqi, Qüdsü Osmanovun azyaşlı qıza təcavüz etməsi haqda 13 min nəfərlik bayram tədbirində səslənən ittihamdan sonra onun adı xoşagəlməz hadisələrdə çəkilməyə başlayıb. Bu isə şəhərdə müxtəlif söz-söhbətlərə səbəb verib. Bəziləri iddia edir ki, aksiyada Qüdsü Osmanovun da rolu var. Hətta aksiyada iştirak edən və Azərbaycanın, azərbaycanlıların əleyhinə çıxışlar edən Sosial Demokrat Partiyasının şəhər təşkilatının fəalı üzv ilə konsulun yaxşı münasibətdə olduğu da gizlədilmir. Əgər bunlar həqiqətdirsə, bu, o deməkdir ki, konsul milyarderi ?günc?ə sıxa bilib?. Reytinq qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR