Georgi Hacı "Qalatasaray"la "Real"ın qarzılazmasından danızdı

img

21-03-2013 [10:10]


?Qalatasaray?ın sabiq futbolçusu və baş məşqçisi Georgi Haci keçmiş komandasının ÇL-ın 1/4 finalında "Real"la oynayacağı matçla bağlı fikirlərini bildirib. O, əvvəlcə "Qalatatasaray"dakı karyersından danışıb: "Qalatasaray"a gedəndə 31 yaşım var idi. Hamı qocaldığımı söyləyirdi. Ancaq orada Avropa kubokunu qazandım. Yaxşı gəlir əldə etdim. Hamı məni tanıdı. Sonra Super kuboku qazandıq. Finalda "Real"ı məğlub etmişdik. Hamı bir türk komandası necə bu qədər uğur qazanır deyə təəccüb edirdi". ?Qalatasaray?ı ?Real?a bənzədən keşmiş baş məşqçi deyib: ?Bu komandaların hər biri əkshücumlarda qarşısıalınmazdır. ?Qalatasaray? səfərdə evdəkinə nisbətən daha yaxşı oynayır. Nəzərə alaq ki, Çempionlar Liqasında səfərdə yalnız ?Mançester Yunayted?ə məğlub olublar. Ancaq o matçda da rəqiblərindən daha yaxşı oynadılar?. G. Haci ?Real?ın çox güclü olduğunu və buna görə türk klubunu çətin sınaq gözlədiyini qəbul edib: ?Ancaq ?Qalatasaray?ın Droqba və Sneyder kimi iki önəmli futbolçusu var. Ümid edirəm, ?cimbom? mənim zamanımdakından daha yaxşı komanda olar?. Ruminiyalı mütəxəssis favoriti olduğu klub haqqında da danışıb. O bildirib ki, bu il ?Real? üçün uğurlu ola bilər. ?La liqada lider olmasalar da , Çempinolar Liqasında yaxşı oyun nümayiş etdiriblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA