Berti Foqts: "Futbolçular dediklərimə əməl etsə, qalib gələcəyik"

img

21-03-2013 [10:05]


DÇ-2014-ün seçmə mərhələsində sabah Lüksemburq yığması ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Qələbə şanslarından danışan Foqts, bildirib: ? Oyunçularım dediklərimi yerinə yetirə bilsə, qələbəni biz bayram edəcəyik. Burda bəxt amili də vacibdir?. Futbolumuzun ləng inkişaf etməsinə yenidən toxunan baş məşqçi yenə də klublardan gileylənib: ?Ölkə tərəfindən futbola böyük diqqət ayrılır. Heç bir klub şəraitin olamasından şikayət edə bilməz. Ancaq klublar bu şəraitdən istifadə etmir. Çox az məşq edirlər?. Rəqib haqqında da danışan almaniyalı çalışdırıcı Lüksemburq futbolçuları haqda müsbət fikirlər bildirib: ?Rəqibimizn səviyyəli oyunçuları var. Xüsusilə hücumçuları qeyd etmək istəyirəm. Onların çoxu Avropada oynayır. Bizdə isə belə futbolçu yoxdur. Ancaq rəqibimizin də zəif tərəfləri var və bunun üzərində işləmişik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA