Türkiyədən ?Real Madrid?ə reklam qadağası gəldi

img

20-03-2013 [06:19]


Türkiyədə ?Qalatasaray?ın Çempionlar Liqasının 1 /4 finalında rəqibi olan ?Real? klubuna qadağa tətbiq ediləcək. Türkiyə mətbuatının məlumatına görə, ?Real? İstanbuldakı cavab qarşılaşmasına müqavilə bağladığı (illik 20 milyon avro) mərc şirkətinin loqosu ilə çıxa bilməyəcək. Çünki Türkiyə qanunlarına görə, futbol və digər idman yarışlarında xarici bukmeyker şirkətlərinin reklamı qadağın edilir. Türkiyə qanunvericiliyinə əsasən, bu qanunu pozan şəxsə altı aydan iki ilə qədər həbs, yaxud pul cəzası verilir. Qeyd edək ki, ?Real?la ?Qalatasaray? arasında ilk matç aprelin 3-ü, cavab qarşılşaması isə aprelin 9-u baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA