Zakir Qaralov baz redaktorla görüzdən imtina etdi

img

19-03-2013 [07:14]


?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu fevralın 7-də baş prokuror Zakir Qaralova müraciət edib. Baş redaktorun müraciətinə səbəb bu il yanvarın 24-də İsmayıllı olayları zamanı rayonda jurnalist fəaliyyəti zamanı həbs olunmuş Tofiq Yaqublunun məsələsinə aydınlıq gətirmək, onun bir jurnalist, ştatda olan, maaş alan bir qəzetçi olduğunu diqqətə çatdırmaq olub. R.Arifoğlu baş prokurora yazdığı məktubla demişdi ki, T.Yaqublu ?Yeni Müsavat?ın köşə yazarıdır: ?Dəfələrlə onu Tiflisə, Marneuliyə, Moskvaya reportajlara ezam etmişik. 24 yanvarda da hadisələri yaxından izləmək üçün İsmayıllıya gedib. Onun üzərində qəzetin vəsiqəsi, ezamiyyə vərəqəsi olub?. Bu gün ?Yeni Müsavat?a Baş Prokurorluqdan məktub göndərilib. Məktubda deyilir ki, ?Yeni Müsavat? qəzetinin baş redaktorunun müraciətinə baxılıb: ?Müraciətdə rəhbərlik etdiyiniz qəzetin əməkdaşı T.Yaqublunun təqsirləndirilən şəxs qismində cəlb edilməsinin və barəsində həbs-qətimkan tədbirinin seçilməsinin əsassız olduğu bildirilir. Bununla əlaqədar diqqətinizə çatdırılır ki, T.Yaqublu ?Yeni Müsavat? qəzetinin əməkdaşı kimi jurnalist fəaliyyətinə görə deyil, 24 yanvar 2013-cü il tarixdə İsmayıllı şəhərində törədilmiş ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin fəal iştirakçısı olmaqla belə hərəkətləri, habelə hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına müqavimət göstərilməsini və zor tətbiq edilməsini təşkil etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub?. Məktubda T.Yaqublunun qanunvericiliklə nəzərdə tutulan bütün digər hüquqlarının təmin edildiyi qeyd olunur: ?CPM-in tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqan tərəfindən baxılması məcburi olan vəsatət və xahişlərə cinayət prosesi tərəflərinin verdikləri vəsatətlər, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişləri aid edilib. Cinayət-prosessual qanunvericiliyin göstərilən müddəaları nəzərə alınaraq, cinayət təqibinə aid məsələlərlə əlaqədar Baş Prokurorluqda müvafiq müraciətləri əsasında konkret cinayət işlərinə aidiyyəti olan cinayət prosesi iştirakçıları və ya onların yaxın qohumları qəbul edilir?. Qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublu və ReAl hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər etmə və ya bu cür hərəkətlərdə iştirak) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Məhkəmə T.Yaqublu və İ.Məmmədov barədə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Martın 18-də bu müddət daha 2 ay müddətinə artırılıb(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR