ispan mətbuatı türk klubunu lağa qoydu, Mourinyo açıqlama verdi

img

17-03-2013 [02:52]


Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaq Madridin ?Real? klubu ilə ?Qalatasaray? komandası bir-birinə qarşı ?kəşfiyyat?a çıxıb. Dünən ?Qalatasaray?ın baş məşqçisi Fatih Terim ?Real?ın oyununu canlı izləmək üçün Madridə gedib. Terim rəqibin evdə ?Malyorka?ilə qarşılaşmasını izləyib. Bu arada bəlli olub ki, ?Real?ın baş məşqçisi Jose Mourinyo da bu gün Türkiyəyə gəlir. O, ?Qalatasaray?ın ?Kayserispor?la oyununu meydanda izləyəcək. Onu da qeyd edək ki, İspaniya mətbuatı turk klubunu məsxərəyə qoyan xəbərlər dərc edir. İspan mətbuatı ?Qalatasaray?ı zəif adlandırmaqla yetməyib, həm də klubu aşağılayıb. ?Real?ın baş məşqçisi Mourinyo isə belə xəbərləri mənasız sayıb: ?Qalatasaray?ı bizim üçün zəif rəqib hesab edənlər futboldan anlamırlar. Qarşımızda Droqba, Sneyder, Səlcuk, Burak, Həmid kimi futbolçular, ən önəmlisi Fatih Terim kimi məşqçi olacaq?. Portuqaliyalı mütəxəssis bu səbəbdən rəqiblərini ciddiyə aldıqlarını deyib: ?Qalatasaray? mübariz komandadır, çox diqqətli olmalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA