FiFA-dan Cüneyt çakıra daha bir etimad

img

13-03-2013 [10:10]


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ?Mançester Yuneyted? ? ?Real? oyununda xüsusən meydan sahiblərinin futbolçusu Naniyə göstərdiyi qırmızı vərəqəyə görə son vaxtlar ciddi tənqid olunan türkiyəli hakim Cüneyt Çakır FİFA tərəfindən təyinat alıb. Türkiyə mətbuatının xəbərinə görə, DÇ-2014-ün seçmə mərhələsinin Xorvatiya ? Serbiya oyunu türk hakimə tapşırılıb. Qeyd edək ki, iki ölkə arasındakı soyuq münasibətlər səbəbindən bu oyunun çox gərgin keçəcəyi ehtimal olunur. FİFA təhlükəsizlik tədbirləri ilə əlaqədar görüşün azarkeşlərsiz keçirilməsini qərara alıb. Əlavə edək ki, Yuqoslaviya dağıldıqdan sonra bu, hər iki ölkənin milli komandalarının bir-biri ilə Zaqrebdə keçirəcəyi ilk oyun olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA