Rəqsanə zizirdilmiz toy qiymətindən danızıb

img

12-03-2013 [04:21]


Albom hazırlığına görə Türkiyə səfərini davam etdirən müğənni Rəqsanə gərgin studiya çalışmasının yorğunluğunu bu günlərdə maraqlı sürprizlə çıxarıb. Müğənni ANS PRESS-ə müsahibəsində, Moskvadan Türkiyəyə gələn gələcək həyat yoldaşı Beynəlxalq qadınlar bayramı münasibəti ilə ona ağlına gətirmədiyi qiymətli bir hədiyyə verdiyini desə də, dedi-qodulardan ehtiyat etdiyindən onun mahiyyətini açıqlamaqdan imtina etdi. Amma, Rəqsanə başqa bir mövzuda açıqlama verib. Son aylar müğənnilərin toy qiymətlərində adının qarşısındakı rəqəmin düzgün göstərilmədiyini söyləyən sənətçi açıqlama vermək zərurətində qaldı: ?Mənim toy qiymətimin 4500 manat olduğu qeyd olunur. Mən həm Moskva toylarında çıxış edirəm, həm də respublikamızda. Moskvadakılar toy çıxışımın qiymətini bilirlər. Bakıda yarım saatlıq çıxışım 3 min manat, bütöv toyu isə ansamblla birlikdə 10 min manata oxuyuram. Qeyd edim ki, dəyərli musiqiçilərlə çalışıram. Qiymət mövzusunda yanlış informasiya yazılanda, bəzi insanlar bunu sübut kimi təqdim edirlər. Bu səbəbdən dəqiq rəqəmi açıqlamağı vacib bildim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq