Fatih Terim: "ümid edirəm ki, bu dəfə toplarımız dirəyə dəyməyəcək"

img

12-03-2013 [09:46]


?Qalatasaray?ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının ?Şalke? ilə 1/8 final mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib. Komandasına güvəndiyini deyən baş məşqçi rəqib komanda haqda da danışıb: ?Şalke? getdikcə güclənən bir komandadır. İstanbuldakı 1:1-lik hesab rəqibin şanslarını artırır. Amma biz kifayət qədər təcrübəliyik. Belə nəticələrin ardından növbəti mərhələyə keçməyi bir neçə dəfə bacarmışıq. ?Futbolçularıma güvənirəm. Yaxşı mübarizə aparacaqlarına əminəm. Ümid edirəm ki, bu dəfə toplarımız dirəyə dəyməyəcək" ? deyə, o, bildirib. Baş məşqçi hədəflərindən də danışıb: "Əvvəlcə hədəfimiz 16 komanda arasına düşmək idi. Ancaq hədəflər bitmir. İndi daha yaxşı yerlər haqda düşünürük. Təbii ki, çətin olacaq. ?Şalke? Avropanın ən yaxşı komandalarından biridir?. Sneyder və Droqbadan da danışan Terim, bunları qeyd edib: ?Sneyder və Droqba komandamıza sonradan qoşulublar. Onların üzərinə çox şey yükləmək düzgün deyil. Sneyder bizim üçün əhəmiyyətli oyunçudur. Sabahkı oyunda forma geyəcək. Nəticə nə olursa olsun, mən komandamla qürur duyacam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA