Baz redaktor ailə üzvlərini yenidən məhkəməyə verib

img

11-03-2013 [01:23]


Həbsdə olan "İdeal" qəzetinin Baş redaktoru Nazim Quliyev yenidən ailə üzvlərinə, konkret olaraq qardaşı Bəhruz Quliyevə qarşı mülki qaydada iddia qaldırıb. Mia.az "Reytinq" qəzetinə isrinadən xəbər verir ki, N.Quliyev məhkəmədən qardaşı və digər yaxını Afət Abdullayevaya qarşı pul tələbinin qəbul edilməsini xahiş edib: "Nazim Quliyev hesab edir ki, ailə üzvləri ona məxsus fərdi yaşayış evindən qanunsuz istifadə etdikləri üçün ona pul ödəməlidirlər. Onun bu iddiasına əvvəlcə Nərimanov Rayon Məhkəməsində baxılıb. Hazırda həbsdəki Baş redaktorun ailə üzvlərinə qarşı şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır". Məlumatda bildirilir ki, N.Quliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Xələfovun sədrliyi ilə martın 13-də baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA