Avropa Məhkəməsi Əli insanovun zikayəti üzrə qərarını açıqlayacaq

img

09-03-2013 [12:04]


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iddiası ilə bağlı qərarını açıqlayacaq. APA-nın AİHM-ə istinadən xəbərinə görə, Ə.İnsanov məhkəməyə müraciətində saxlanılma şəraitindən və zəruri tibbi müalicə şəraitinin olmamasından, eləcə də İnsan Haqları Konvensiyasının 1-ci paraqrafının 6-cı maddəsinə (ədalətli məhkəmə araşdırması hüququ) istinadən effektiv hüquqi yardımın olmamasından və 1 saylı Protokolun 1-ci maddəsinə (əmlak toxunulmazlığı) istinadən qohumlarının əmlakının müsadirə olunmasından şikayət edib. Qeyd edək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə.İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA