Binəqədi məhkəmə icraçıları ADP fəalını həbslə hədələyib

img

07-03-2013 [02:07]


Əsgər ölümləri ilə əlaqədar fevral ayında keçirilmiş aksiyada fəal iştirakına görə polis tərəfindən saxlanılaraq 500 manat cərimə olanan ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyevin yaşadığı mənzilə dünən Binəqədi Rayon Məhkəməsinin icraçıları gələrək, onu axtarmış, anası Rəhilə xanıma cərimə məbləğinin dərhal ödənməyəcəyi təqdirdə oğlunun həbs ediləcəyini bildiriblər. Özünü məhkəmə icraçılarının rəhbəri kimi təqdim edən Bəhruz Bayramov Cəmil Hacıyevin ailə üzvləri ilə kobud tərzdə danışaraq hədə qorxu gəlib. Bundan sonra o, C.Hacıyevlə telefonla əlaqə yaradaraq onu Binəqədi məhkəməsinə dəvət edib. Burada isə məhkəmə icra idarəsinin rəis müavini Emil Əhmədli əsasən, fəalların cərimələrin ödənilməsindən imtina kompaniyası haqqında suallara cavab axtarmağa çalışıb və C.Hacıyevdən bu kompaniyaya qoşulmamaq tələb olunub. İdarədə C.Hacıyevə daha sonra bildirilib ki, onun adına olan əmlakla bağlı müvafiq idarələrə sorğular göndərilib və cəriməni ödəmədiyi təqdirdə əmlakının müsadirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR