""Qasid? əvvəlki gücünü bərpa etmək istəyir"

img

06-03-2013 [12:20]


??Qasid?ə məxsus köşklərin götürülməsi hazırda dayandırılıb?. Bunu Modern.az-a açıqlamasında ?Qasid? Mətbuat Yayımı Firmasının rəhbəri, deputat Mirkazım Kazımov deyib. O, qeyd edib ki, ?Qasid? hazırda normal fəaliyyət göstərir. ?Biz çalışırıq ki, əvvəlki fəaliyyətimizi bərpa edək. Hazırda qalan köşklər fəaliyyətini davam etdirir. Həmin köşklər respublikada çıxan bütün qəzetlərin satışı ilə məşğuldur. Hesab edirəm ki, ölkədə çıxan bütün qəzet və jurnalların yayımı üçün yetərincə gücümüz var və bu sahədə heç bir problem yoxdur?-deyə M.Kazımov vurğulayıb. Qeyd edək ki, son aylar Bakıda ?Qasid? Mətbuat Yayımı Firmasına məxsusu 50-dən çox köşk götürülüb və onların yerinə yeni ?Press köşk?lər qoyulub. ?Qasid?in köşklərindən fərqli olaraq ?Press köşk?lər mətbuat yayımına ciddi yanaşmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA