Mourinyo: "Biz yaxzı oynamadıq, amma futbol belədir"

img

06-03-2013 [09:32]


Madrid ?Real?ının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 final mərhələsində ?Mançester Yunayted?ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib ki, cavab görüşündə komandasında istədiyi oyunu görə bilməyib. UEFA-nın saytının xəbərinə görə, o, rəqib komandanın yaxşı oyun nümayiş etdirdiyini söyləyib, buna görə ?MY?nin baş məşqçisi Aleks Fürgüssonla onun futbolçularına təşəkkür edib. ?Ən yaxşı komanda uduzdu. Mən çox sevinirəm ki, növbəti mərhələyə vəsiqə qazandıq. Amma komandamdan daha çox şey gözləyirdim. Əgər sizin qapıçınız oyunun ən yaxşısıdırsa, bu, matça istədiyiniz kimi nəzərət edə bilməməyinizin göstəricisidir. Biz yaxşı oynamadıq, amma futbol belədir? ? deyə Mourinyo qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA