?Yuventus? türk klubunun cavabından zoka düzüb

img

03-03-2013 [06:03]


İtaliyanın nəhəng klubu ?Yuventus? hazırda ?Qalatasaray?da icarə əsasları ilə forma geyinən Braziliyalı ulduz futbolçusu Melo üçün türk klubuna sorğu göndərib. İtalyan klubu müqavilədə ?aprelin 30-dək 6.5 milyon avro ödəyərsə, Melo ?Qalatasaray?a keçə bilər? bəndi əsas tutaraq, futbolçusunun gələcək vəziyyətini öyrənmək istəyib. Türkiyə mətbuatı xəbər verir ki, türk klubu ?Yuventus?a Melonu transfer edə bilməyəcəklərini açıqlayıb: ?Müqavilədə yazılan 6.5 milyon avronu ödəyə bilmərik. Melo üçün ancaq 2.5 milyon verə bilərik?. Xəbərdə bildirilir ki, bu cavabdan italyanlar şoka düşüblər. Onlar mövsümün əvvəlində israrla Melonun transferinə çalışan ?Qalatasaray?ın bu cavabından sonra, bir müddət əvvəl futbolçunu rənglərinə bağlamaq istəyən Braziliyanın ?Flüminense? və ?Korintians? klubları ilə təmasa keçiblər. Hələlik isə Brazilya klubları Melo üçün ?Yuventusa?a bir cavab deməyiblər. Türkiyə mətbuatı yazır ki, ?Qalatasaray? bu cavabı ilə Melonun qiymətini endirmək və onu daha ucuza almaq istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA