Mourinyolu ?Real? ?Barselona?nı devirdi

img

03-03-2013 [06:01]


?Real? İspaniya Kubokunda mübarizədən kənarlaşdırdığı ?Barselona? ilə dünən ölkə çempionatı matçında üz-üzə gəlib. Xatırladaq ki, ?Kral klubu?nun baş məşqçisi Joze Mourinyo bu dəfə əsas heyət üzvlərin yarısını ehtiyatda saxlayıb. Bunlar müdafiəçi Rafael Varan, yarımmüdafiəçi Xabi Alonso, Anxel Di Mariya, Məsut Özil və hücumçu Qonsalo İquaindir. Əvəzində ilk dəqiqələrdən Pepe, Maykl Essyen, Xose Mariya Kalyexon, Kaka və Kərim Benzema meydana çıxıb. Fevralın 26-da keçirilmiş ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə ?Barselona?ya qarşı oynayanlardan qapıçı Dieqo Lopes, müdafiəçi Alvaro Arbeloa və hücumçu Kriştianu Ronaldu isə yenə forma geyiblər. Oyuna gəldikdə isə meydana optimal heyətlə çıxan ?Barselona? 6-cı dəqiqədə qapısında qol görüb. Qolu Kərim Benzema vurub. Lakin 18-ci dəqiqədə Messi bərabərliyi təmin edib. İkinci hissəyə daha fəal başlayan və topa üstünlüyünü son dəqiqələrədək qoruyan ?Barselona?nın hücumları səmərə verməsə də, oyun gərginliyi ilə yadda qalıb. Birinci hissədə oyunun hakimi vərəqə əl atmasa da, ikinci hissədə hər iki komandanın oyunçularına 4 sarı kart göstərən hakim gərginliyi aradan qaldırmağa çalışıb. Matçın 82-ci dəqiqəsində isə Serxio Ramos ?Real Madrid?in qələbə qolunu vurub. Bundan sonra da hücumlarını intensivləşdirən ?Barselona? bərabərlik topunu vura bilməyib ? 2:1. Bu mövsüm ikinci məğlubiyyətinə baxmayaraq, 26 turdan sonra "Barselona 68 xalla turnir cədvəlində birinci, Arda Turanın çıxış etdiyi "Atletiko Madrid" 25 oyunla 56 xalla ikinci, "Real" isə 55 xalla üçüncü pillədə qərar tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA