Rövnəq Abdullayev 640 milyonluq stadiondan danızdı

img

01-03-2013 [10:48]


Azərbaycanda yeni tikiləcək Olimpiya stadionu yüksək standartlara cavab verəcək və stadionun 80 faizi qapalı olacaq. "Trend"in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O qeyd edib ki, əsas nümunə kimi Londonda tikilən stadion götürülüb. R.Abdullayev vurğulayıb ki, yeni tikiləcək Olimpiya stadionu Londondakı stadiondan heç də geri qalmayacaq, əksinə, bir sıra üstünlükləri ilə fərqlənəcək. Stadionda oturacaq yerlərinin sayına gəlincə, Abdullayev 64 min daimi, 4 min isə müvəqqəti yerin olacağını deyib. Yeni stadionun dövlət büdcəsindən ayrılan vəsait hesabına tikiləcəyini deyən ARDNŞ prezidenti qeyd edib ki, bu, 640 milyon ABŞ dollarına başa gələ bilər, lakin bu dəqiq rəqəm deyil, arta və ya azala da bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA