"Neftçi" bərabərə qaldı, "Xəzər-Lənkəran" qələbə qazandı

img

27-02-2013 [10:17]


Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib. Saat 15.00-da başlanan ilk iki oyunda eyni nəticə - 1:1 hesabı qeydə alınıb. "Qəbələ" öz meydanında "Qarabağ"la görüşdə hesabda irəlidə olsa da, Ağdam təmsilçisi sonradan bərabərlik qolunu vura bilib. "İnter" isə səfərdə "Bakı"yla görüşdə qələbəni əldən verib. Kaxaber Sxadadzenin komandası matçın 90+2-ci dəqiqəsində öz qapısında qol buraxıb -1:1. Bu mərhələnin daha bir görüşü - "Simurq" - "Neftçi" qarşılaşması da heç-heçə yekunlaşıb 0:0. Digər oyunda isə "Xəzər Lənkəran" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib. 1/4 final mərhələsinin təkrar görüşləri martın 7-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA