Ziya Məmmədova qarzı 2005-ci ilin ssenarisi qurulub

img

25-02-2013 [10:38]


Nəqliyyat naziri Ziya Məmmədovla ?Azəryolservis? ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanov arasındakı gərginlik artıq klanlararası savaşa çevrilib. Şərti olaraq ?Bakı qrupu?na daxil olan Z.Məmmədov Naxçıvan klanının hədəfindədir. Son dövrlərə qədər C.Qurbanov da Bakı qrupuna daxil olsa da, ?Azəryolservis?in şefi artıq Naxçıvan klanının çətiri altına keçib. Bu barədə ?Yeni Müsavat?a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, ?Azəryolservis?in şefi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasındakı yaxın keçmişdə olan narazlıq aradan qalxıb və onlar Z.Məmmədova qarşı birləşiblər. Son vaxtlar Z.Məmmədovun təzyiqlərinə məruz qalan C.Qurbanov hakimiyyət elitasında dəstək axtarışına çıxsa da, gözlənilməz təklif fövqəlnazirin özündən gəlib. Z.Məmmədovun mövqeyini zəiflətmək istəyən və bu məqsədlə bir neçə dəfə uğursuz cəhdlər edən (Quba hadisələrində bu cəhd əks-effekt verdi - red.) K.Heydərov bu dəfə ona daxildən zərbə vurmağı qərara alıb. Ona görə də C.Qurbanovla nəqliyyat naziri arasındakı gərginlikdən maksimum dərəcədə faydalanmaq istəyir. Mənbə Z.Məmmədova qarşı qurulan ssenarinin 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə qarşı hazırlanmış ssenariyə oxşadığını iddia edir: o vaxt K.Heydərov əsas rəqiblərindən olan F.Əliyevin etibarlı kadrlarından sayılan, nazirliyin özəlləşdirmə departamentinin başçısı Kərəm Həsənovla anlaşaraq naziri bitirmişdi. Mükafat olaraq isə K.Həsənov F.Əliyevin həbsindən sonra nəinki karyerasını qoruya bildi, hətta daha da yüksəldi - K.Heydərovun dəstəyi ilə dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi funksiyası nazirlikdən alınaraq müstəqil quruma verildi və K.Həsənov quruma rəhbər təyin edildi. Belə görünür, oxşar ssenari Z.Məmmədova qarşı hazırlanır - ?Azəryolservis? Nəqliyyat Nazirliyinin tebeçiliyindən çıxarılaraq birbaşa prezidentin tabeçiliyinə verilir və C.Qurbanov yeni qurumun başçısı təyin edilir. 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyinin əsas nüvəsi özəlləşdirmə departamentində cəmləşdiyi kimi, indi də Nəqliyyat Nazirliyinin əsas gücü ?Azəryolservis?dədir - yol tikintisi və təmiri layihələrini bu qurum həyata keçirir və ASC-nin illik büdcəsi 1,5 milyard dollara yaxındır (dövlət investisiyalarını da nəzərə almaqla). Nəqliyyat sektorunda əsas korrupsiya ocağı da elə bu layihələrdir. Bu qurumun Nəqliyyat Nazirliyindən alınması Z.Məmmədovun gəlir mənbələrinin ən azı yarısının qapadılması deməkdir. Nəhayət, F.Əliyevlə bağlı çox qiymətli məlumatlar K.Həsənovda olduğu kimi, C.Qurbanovda da Z.Məmmədovla bağlı kifayət qədər kompromatlar var. Elə hər iki şəxsi K.Heydərov üçün cazibədar edən də daha çox həmin komromatlardır. Mənbənin sözlərinə görə, K.Heydərovun bu ssenarisinə Prezident Administrasiyasının rəhbərliyi də pozitiv yanaşır. Çünki Z.Məmmədovun zəiflədilməsi onların da marağındadır (administrasiyanın çətiri altında olan ?Azərbaycan? qəzetində dəfələrlə Z.Məmmədov kəskin tənqid olunub - red.). Ona görə də bu ssenarinin baş tutması ehtimalı çox yüksəkdir. Mənbə onu da bildirir ki, Z.Məmmədov ətrafında hazırkı situasiya ilə 2005-ci ildə F.Əliyevin durumu arasında oxşarlıqlarla yanaşı, fərqliliklər də var. Birincisi və ən əsası Z.Məmmədovun adı prezidentin qara siyahısında deyil. İkinci, Z.Məmmədovun həbsindən yox, onun səlahiyyətlərinin məhdudlaşdırılacağından söhbət gedir. Üçüncüsü, Z.Məmmədov C.Qurbanovu cəzalandırmaq imkanını hələ itirməyib. Kifayət qədər amansız adam olan Z.Məmmədov da onu çox pis şəkildə cəzalandıra bilər - ?Bakı qrupu? onu müdafiə edir. Elə nazirliyin son kollegiya iclasının C.Qurbanovun tənqidinə həsr edilməsi də ona bir xəbərdarlıq idi. Məlumatlara görə, kollegiyada kəskin tənqidlərə dözməyən C.Qurbanov iclası yarımçıq tərk edib. Yada salaq ki, fevralın 21-də keçirilən həmin iclasda Z.Məmmədov avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işlərdən narazılığını bildirib və ?Azəryolservis? ASC-nin işini kəskin tənqid edib. Bunun ardınca nazir ?Azəryolservis? ASC-nin rəhbərliyindən və podratçılardan hesabat tələb edib. Kollegiya iclasından dərhal sonra C.Qurbanov YAP-ın rəsmi saytı olan yap.org.az-a (bu sayt da Naxçıvan klanının nəzarətindədir) müsahibə verərək, yol təmiri-tikintisində nailiyyətləri sadalayıb və yalnız ölkə prezidenti qarşısında məsuliyyət daşıdığını dolayısıyla Z.Məmmədovun diqqətinə çatdırıb. Göründüyü kimi, Z.Məmmədovla C.Qurbanov arasındakı münaqişə artıq klanlararası savaşa çevrilib. Bu da təbiidir. Çünki hazırda mülkiyyətin yenidən bölüşdürülməsi prosesi gedir. Bu prosesin ən əsas komponentlərindən biri böyük maliyyə axınlarına nəzarətdir. ?Azəryolservis?ə nəhəng maliyyə axınları rəqiblərin diqqətindən kənarda qala bilməzdi. Xüsusilə də o halda ki, yaxın illərdə böyük neft dollarlarının əhəmiyyətli kəsiminin yol biznesinə yönəldilməsi planlaşdırılır. İndi bir qrup bu yağlı tikəni ələ keçirmək, digər qrup isə onu əldən buraxmamaq uğrunda mübarizə aparır(Yeni musavat).

Digər xəbərlər
SON XƏBƏRLƏR