?Tanrı elçiləri, Haqqın yolçuları? kitabının təqdimatı olub

img

17-12-2012 [05:41]


Gənc şair Qalib Yağlıvəndlinin ?Tanrı elçiləri, Haqqın yolçuları? adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış jurnalist, şair-publisist Kərim Kərimli, Süleyman Qaradağlı, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov, ədəbi tənqidçi Könül Heydərova, gənc yazar Tağı Kərimli, hüquqşünas Hikmət Heydərli və digərləri çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər. ?Bu şeirlər daha ali, daha müqəddəs, daha ülvi hisslərdən formalaşıb. Şairin qələmindən çıxan hər misra onun Allahıyla həsbi-halıdır. Bu misraların hər biri müəllifin Uca Yaradan, onun böyüklüyü və möcüzələri qarşısında sonsuz heyrətindən və elə heyrəti qədər də, bəlkə də ondan daha artıq sevgisindən yaranaraq, bir-birinin ardınca düzülərək mükəmməl sənət əsərinə çevirilib. Bütün varlığıyla Uca Yaradana bağlı olan Qalib Yağlıvəndli hər işdə Allaha tapınmağı, Ona güvənməyi, hər yerdə Onu görməyi bacarmağı aşılamağa çalışır insanlara.?- kitabın ön sözünün müəllifi, ədəbi tənqidçi Könül Heydərova bildirib. Ədəbi tənqidçi onu da qeyd edib ki, İslam dini haqqında məlumatların əldə edilməsi baxımından bu kitab gənc nəsil arasında təbliğ olunmalıdır ki, gənclər kitab oxumağa meyilli olsunlar. Qeyd edək ki, kitabda Tanrı və onun elçiləri haqqında bədii, analoqu olmayan poemalar yer almışdır. Həmçinin müəllif peyğəmbərlərin missiyalarının nədən ibarət olduğunu orijinal dildə ifadə etməyə çalışmışdır. ?Qurani-Kərim?in ümumi məzmununu surə-surə nəzm edərək ondan faydalanmağın sirlərini aşkar etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR