Həmit Altıntop qisas alacaqlarını deyir

img

21-02-2013 [10:21]


?İstədiyimiz oyunu göstərə bilmədik. Buna görə təəssüf edirəm. İlk qoldan sonra fərqi daha da artıra bilərdik. ?Şalke? düşündüyümüzdən daha yaxşı oynadı. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilmədik və müdafiəyə çəkildik. İstədiyimizin nəticəsini almasaq da, bu oyunun bir qisası var?. Bunu ?Qalatasaray?ın futbolçusu Həmid Altıntop ÇL-ın 1/8 final mərhələsində ?Şalke?yə qarşı keçirdikləri oyundan sonra mətbuata danışıb. H.Altıntop ?Şalke?nin gücünü düzgün qiymətləndirmədiklərini deyib: ?Bunu əvvəl də söyləmişdim. ?Şalke?nin Bundesliqadakı çıxışları çaşdırıcı ola bilər. Rəqibimiz bu gün bunu meydanda göstərdi. Almaniyadakı oyuna daha yaxşı hazırlaşıb istədiyimiz nəticəni qazana bilərik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA