?Qalatasaray? bərabərə qaldı, "Barselona" uduzdu

img

21-02-2013 [10:19]


Çempionlar Liqasında Türkiyənin ?Qalatasaray? klubu Almaniyanın ?Şalke? komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. ?Qalatasaray? oyunun 12-ci dəqiqəsində Burak Yılmazın qolu ilə hesabda irəli çıxıb. Lakin İstanbul klubu üstünlüyünü qoruya bilməyib və ilk hissənin sonuncu dəqiqəsində Cons hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə tərəflər hesabda irəli çıxmağa çalışsalar da, bu baş tutmayıb və qarşılaşma heç-heçə başa çatıb. Bu hesab ?Qalatasaray? üçün sərfəli deyil və İstanbul klubunu Almaniyada çətin oyun gözləyir. Türkiyə klubu növbəti mərhələyə keçmək üçün mütləq səfərdə ya qalib gəlməli, ya da daha çox qol vurmağa çalışmalı və məğlub olmamalıdır. Digər oyun isə Milanda baş tutub. Burada eyniadlı komanda ÇL-in favoriti olan ?Barselona?nı qəbul edib. Əksər proqnozların əksinə olaraq, "Milan" bu görüşdə Kataloniya təmsilçisi 2:0 hesabı ilə məğlub edib. Bununla da, "Barsa"nın növbəti mərhələyə keçməsi çətinləşib. Tito Vilanovanın komandasına istəyinə çatması üçün cavab görüşündə ən azı üç top fərqlə qalib gəlməsi lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA