TQDK-dan Təhsil Nazirliyinə növbəti zərbə

img

20-02-2013 [04:48]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha 3 dərsliyin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb. APA-nın xəbərinə görə, bunlar 3-cü sinif ?Azərbaycan dili?, ?Riyaziyyat? və ?Həyat bilgisi? dərslikləridir. Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib, rəy artıq Təhsil Nazirliyinə göndərilib. Qeyd edək ki, orta məktəblərin 3-cü sinfində 8 dərslik var. Xatırladaq ki, TQDK 1-ci sinif üçün ?Ana dili? və ?Riyaziyyat? dərsliklərinin də yararsız olmasına dair rəy verib. TN isə bu rəylə razılaşmır(ans). TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, komissiyasının müvafiq ekspert Şurası I və III siniflərdə 15 fənn üzrə dərslik və dərs vəsaitlərinin monitorinqini aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA