Azərbaycanda saytlara kütləvi hücumlar bazlayıb

img

17-12-2012 [05:23]


Son günlər Azərbaycanda fəaliyyət göstərən bir neçə xəbər saytına davamlı xaker hücumları başlayıb. ?Qafqazinfo? xəbər verir ki, bu hücumlar əsasən ölkənin iki böyük xəbər portalı sayılan ?musavat.com? və ?qafqazinfo.az? saytlarına təşkil edilir. Hücumlar bu gün daha kəskinləşib. Artıq gün ərzində ikinci dəfədir ki, saytlara girişdə məhdudiyyətlər yaranır, hazırda ?musavat.com?a daxil olmaq mümkün deyil. ?Qafqazinfo.az? bu hücumlarla bağlı xarici ölkələrdən sayta girişi dayandırmaq məcburiyyətində qalıb. Sözügedən hücumlarla bağlı hər iki saytın rəhbərliyi Milli Təhlükəsizlik Nazirliyinə və digər aidiyyəti olan qurumlara müraciətə, eyni zamanda bəyanatla çıxış etməyə hazırlaşır. Qeyd edək ki, saytlara hücumların ünvanı bəllidir. Bu hücumlar Azərbaycandan sifariş edilir və idarə olunur. Onun sifarişçiləri isə reytinqini, oxucu kütləsini itirən media qurumlarıdır. Müvafiq qurumlara ediləcək müraciətdə faktlar detalları ilə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR