Taksi sürücüsünü diri-diri yandırdılar

img

16-02-2013 [03:59]


İmişlidə dəhşətli qətl hadisəsi törədilib. İmişli Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mənsudi Orucov 66 BB 616 dövlət nömrə nişanlı, VAZ 2107 markalı şəxsi avtomobilində yandırılıb. Qeyd edək ki, M. Orucov avtomobilindən taksi kimi istifadə edirmiş. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA