?Neftçi? ?Kəpəz?i darmadağın etdi

img

10-02-2013 [04:42]


Premyer-Liqanın XIX turunun açılış oyununda ?Neftçi? ?Kəpəz?i səfər oyununda 3:0 hesabı ilə məğlub etdi. Flavinyo, Nikolas Kanales və Araz Abdullayevin qolları paytaxt klubunu 3 xala sevindirdi. Oyundan sonra açıqlama verən Gəncə klubunun baş məşqçisi Mahmud Qurbanov təcrübəsizlikdən və yeni transferlərinin uğursuz çıxışlarından şikayətlənib: ?Bu oyunda təcrübə öz sözünü dedi. Komandamız toplanışa gec yığıldı. Transferlərimiz uğurlu alınmadı. Məcburiyyətdən gənclərə yer verdik?. Qurbanov qapıçı problemlərinin olduğunu da deyib: ?Neftçi? daha hazırlıqlı idi. Rəqib oyunçular fərdi ustalıqları baxımından da bizi üstələdi. Qapıçı problemi yaşayırıq. Fasilədə yaxşı qolkiper tapa bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Xallar qazanıb, bu vəziyyətdən çıxmağa çalışacağıq?. ?Neftçi?nin baş məşqçisi Böyükağa Hacıyev qələbədən məmnun qalıb: ?Antalya toplanışından sonra komandada bir qədər yorğunluq hiss olunurdu. Ona görə də ilk dəqiqələrdə oyunumuzu tapa bilmədik. Fasilədən sonra ?Kəpəz?də necə komanda yığıldığını bilmirdik. Buna baxmayaraq, irəliləyən dəqiqələrdə oyunun tempini tutduq və öz oyunumuzu diqtə eləməyə başladıq. Məğlub olmasına baxmayaraq, rəqib əzmkar mübarizə apardı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA