Misirdə 21 azarkez edam olunacaq

img

27-01-2013 [03:46]


Misir məhkəməsi dünya ictimaiyyətini şoka salacaq qərar qəbul edib. Belə ki, ötən il Misirin ?Port Said? meydançasındaki futbol qarşılaşmasında baş verən qarşıdurma nəticəsində 74 nəfərin ölümünə səbəb olan şəxslərin məhkəməsində hakim çox sərt qərar verib. Qərara görə, 74 təqsirləndirilən şəxsdən 21-i haqda edam cəzası kəsilib. Mia.az Türkiyə mətbutına istinadən xəbər verir ki, ?Əl-Əhli? (Qahirə) və ?Əl-Mısri (Port Səid) komandaları arasında keçirilən qarşılaşmada azarkeşlərin meydana daxil olması ilə baş verən faciənin təqsirkarları haqda məhkəmənin çıxardığı qərar Misir Cumhuriyyət Müftisi tərəfindən təsdiq edilməlidir: ?Artıq məhkəmə qərarı müftiyə göndərilib. Müftilik martın 9-da hökmə münasibətini açıqlayacaq?. Məlumatda o da bildirilir ki, Misir məhkəməsinin bu hökmündən sonra təqsirləndirilənlərin yaxınlarından əksəriyyəti şoka düşüb. Onların çoxu xəstəxanaya qaldırılıb. Ölənlərin yaxınları isə məhkəmənin qərarını alqışlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA