Azərbaycanlı futbolçudan rəzalət doguran addım; O, erməni soyadı götürdü

img

24-01-2013 [06:20]


Hollandiya çempionatının I divizionunda yarışan ?Emmen? klubunun futbolçusu Norayr Məmmədov Ermənistan milli komandasında çıxış etməkdən ötrü rəzalət doguran addım atıb. O, soyadını dəyişib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi bildirib ki, Ermənistan millisinə dəvət aldıqdan sonra bütün sənədləşmə işlərini yoluna qoyub. Belə ki, atası azərbaycanlı olan Norayr Məmmədov soyadından imtina edərək, Aslanyana çevrilib. Futbolçu Avropada yaşayan erməni həyat yoldaşının soyadını götürüb. Gənc yarımmüdafiəçi bildirib ki, bu addımı məhz Ermənistan millisində oynamaq istədiyi üçün atıb. O, fevralın 3-də Fransaya yollanacaq və bundan 2 gün sonra Valansyen şəhərində Lüksemburqla yoldaşlıq görüşündə iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA