?Spartak? istədi, rədd cavabı aldı

img

20-01-2013 [04:46]


"Fənərbaxça" klubunun müdafiəçisi Gökhan Gönül karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. Məlumata görə, "Spartak" (Moskva) klubu türkiyəli futbolçuya "elçi" düşüb. Daha öncə "Fənərbaxça"dan Emanuel Emenikeni transfer edən "Spartak" klubu bu dəfə Gökhanı heyətinə qatmağı planlaşdırır. Moskva təmsilçisi Gökhanın transferi üçün 9 milyon avro xərcləməyə hazırdır. Lakin 28 yaşlı futbolçu "Spartak"ın təklifini israrla rədd edir. 6 ildir "Fənərbaxça"da top qovan Gökhan karyerasını məhz bu komandada başa vurmaq istədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA