Telekanal ?Qalatasaray?ı qarızdırdı

img

13-01-2013 [04:33]


?Qalatasaray? ?İnter?in Hollandiyalı ulduzu Uesli Sneyderin transferini, nəhayət, həll etdi. Türkiyənin ?NTV Spor? kanalının son dəqiqə xəbərinə görə, bir neçə gün əvvəl İtaliya klubu ilə 8 milyon avro məbləğində transfer anlaşması əldə edən ?Qalatasaray? bu gün futbolçunun özü ilə də 3.5 illik müqavilənin şərtlərini razılaşdırıb: ?Razılaşmaya əsasən, Uesli Sneyder türk klubundan 3.5 ilə 5.3 milyon avro təminat pulu, 25 min avro maçtbaşına pul alacaq?. Xəbərdə futbolçunun yanvar ayının 14 və ya 15-i İstanbula gələcəyi və müqaviləni rəsmiləşdirəcəyi bildirilib. Lakin gecə saatlarında ?Qalatasaray? klubu telekanalın bu xəbəri ilə bağlı məlumat yayıb. Klub rəhbərliyi bildirib ki, əvvəldən deyildiyi kimi, ?İnter?lə razılıq əldə olunub: ?İndi futbolçunun son sözünü gözləyirik. Ümid edirik, bu gün-sabah Uesli Sneyder müsbət cavabını verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA