?Bakcell? ?Neftçi?nin stadionunu satın aldı; Məbləğ gizli saxlanılır

img

13-01-2013 [04:29]


Bakının Nizami rayonu ərazisində yerləşən ?8 km stadionu? ?Bakcell Arena? adlanacaq. Bununla bağlı artıq ?Bakcell?lə AFFA arasında razılıq əldə olunub. Maraqlıdır ki, müqavilənin maliyyə tərəfi kommersiya sirri əsas gətirilərək gizli saxlanılıb. Onu da xüsusi qeyd edək ki, AFFA-ya məxsus olan stadionda ?Neftçi? ev oyunlarını keçirir. Tərəflər arasında bağlanan müqavilə ilə əlaqədar keçirilən mərasimdə Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, ötən il AFFA ilə sıx əməkdaşlığa başlayıblar: ?Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. ?Bakcell Arena? böyük bir brenddi, böyük bir oyunu və böyük bir stadionu bir araya gətirən unikal bir layihədir?. AFFA-nın baş katibi Elxan Məmmədov isə fikrini belə izah edib: ?Qeyd etmək istərdim ki, Bakcell stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə ilkə imza atdı. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır?. Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. 11 min tamaşaçı yeri olan ?Bakcell Arena? ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA