"Xəzər Lənkəran" ilk transferi rəsmiləzdirdi

img

26-12-2012 [09:53]


?Xəzər Lənkəran? qış transfer pəncərəsinin açılması ərəfəsində ilk transferini Türkiyədən reallaşdırıb. Klubun yaydığı məlumata görə, Cənub təmsilçisi bu gün türkiyəli Gökhan Güləçlə 2 illik müqavilə imzalayıb. "Beşiktaş"ın sabiq futbolçusu son klubu ?Şanlıurfaspor? klubu olub. Peşəkar futbol kariyerasına 2003-cü ildə ?İnegölspor?da başlayan 27 yaşlı hücumçu daha sonra ?Qaziantepspor? (2004-05, 17 oyun, 4 qol), ?Beşiktaş? (2005-07, 35 oyun, 8 qol), ?Dənizlispor? (2007-08, 13 oyun, 1 qol), ?Bursaspor? (2008-09, 28 oyun, 6 qol), ?Kasımpaşa? (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu ?Beşiktaş?la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA