Böyükağa Hacıyev hakimlərə qəzəbləndi və karyerasını bitirəcəyini dedi

img

22-12-2012 [08:34]


?Neftçi?nin baş məşqçisi Böyükağa Hacıyev karyerasını bitirə bilər. Baş məşqçi bu barədə AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib. Qarşılaşmanın 60-cı dəqiqəsində baş hakim Elçin Məmmədov onu qərarına etiraz etməsi səbəbi ilə texniki zondadan kənarlaşdırıb. Hacıyev isə bunun səbəbini başa düşmədiyini bildirib: ?Hakimin niyə belə bir qərar verdiyini başa düşmədim. Son 20 gündə ikinci dəfədi ki, məni səbəbsiz texniki zonadan kənarlaşdırırlar. PFL prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bu barədə danışacam. Lazım olsa, hətta karyeramı da bitirəcəm. Mənə qarşı aqressiya və təxribat var. Azərbaycanlı olmağımızla fəxr etməliyik. Elçin Məmmədovun sözündən çıxmaq olmaz. Mənə çıx dedi, mən də çıxdım?. Baş məşqçi oyunla bağlı isə bunları deyib: ?Oyun pis alınmadı, hesab 4:1 olanda qapımızdan daha bir qol buraxdıq. ?Neftçi?yə rəqib yoxdu. Vaqif Sadıqova gəldikdə onun komandasında müəyyən çatışmamazlıqlar var. Ancaq Vaqif çox savadlı məşqçidi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA