?Neftçi? və ?inter? uddu; Qapıçı xəstəxanalıq oldu

img

22-12-2012 [08:31]


Topaz Premyer Liqasında ilin sonuncu ? XVIII turuna yekun vurulub. Fanat.az xəbər verir ki, son gündə iki paytaxt derbisi baş tutub. Əvvəlcə meydana ?İnter? və ?Bakı? çıxıb. ?Bankirlər? 3 xalı tək qolla aktivlərinə yazıblar. Belə ki, 51-ci dəqiqədə ?Bakı?nın qapıçısı Edin Nuredinoski Samir Zərgərovla top uğrunda mübarizə zamanı qaydanı pozub və yerdə qalıb. Başından zədə alan qapıçı xəstəxanaya aparılıb, onun yerini Aqil Məmmədov tutub. Nuredinoski xəstəxanaya getsə də, sarı vərəqə alıb və ?Bakı?nın qapısına penalti təyin edib. Topa yaxınlaşan Baçana Tsxadadze üçün isə Aqil Məmmədov keçilməz olmayıb. Bununla da yenidən birinci pilləyə qayıdıb. Hazırda bank klubunun aktivində 33 xal var və ?Simurq?la 1-2-ci pillələri bölüşür. Günün və turun son oyununda ?Neftçi? AZAL-ı qəbul edib. ?Xəzər Lənkəran?a yenildikdən sonra ?Bakı? ilə heç-heçə oynayan ?Neftçi?nin qələbə qazanmaqdan başqa yolu olmayan ?Neftçi? meydana iddialı çıxıb və istədiyini əldə edib. Azarkeşlər bu derbidə həmişəki kimi qol şousu izləyib. Hesabı 18-ci dəqiqədə Nikolas Kanalesin ötürməsindən sonra Flavinyo açıb. 36-cı dəqiqədə Rəşad Sadiqovun ilk zərbəsini dəf edən qapıçı Julius Vobayın təkrar zərbəsinin qarşısını ala bilməyib. 67-ci dəqiqədə Sadiqov özü fərqlənib. O, möhtəşəm qolla hesvbı 3:0-a çatdırıb. Bundan sonra ayılan AZAL 77-ci dəqiqədə fərqi azaldıb. Bu dəfə ?Neftçi?nin qapıçısı Junior Nildonun zərbəsini dəf etsə də, Zohair Benouahiyə mane ola bilməyib. 89-cu dəqiqədə Mahir Şükürovun cərimə zərbəsi tirdən dönüb və Cavid İmamverdiyevin təkrar baş zərbəsi isə dəqiq olub. Matçda son nöqtəni Nildo qoyub. Braziliyalı əlavə vaxtda penaltini dəqiq yerinə yetirib. Maraqlıdı ki, bu gün qalib gələn komandalar ? ?Neftçi? və ?İnter? dekabrın 25-də təxirə salınmış oyuna çıxacaq və bununla da 2012-ci ilə yekun vuracaqlar. Qeyd edək ki, turun ilk dörd oyunu ?Qiyamət günü? adlandırılan 21 dekabrdan bir gün öncə baş tutub. Həmin oyunlarda ?Sumqayıt? ?Kəpəz?i 2:1, ?Qəbələ? ?Turan? 2:0, ?Qarabağ? ?Xəzər Lənkəran?ı, ?Simurq? ?Rəvan?ı 1:0 hesabı ilə yenib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA