Jurnalist xüsusi mükafat aldı

img

21-12-2012 [10:46]


?Bakı-Xəbər? qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təsis etdiyi xüsusi mükafata layiq görülüb. Jurnalistə bu mükafat qurumun apardığı monitorinqin nəticələrinə görə verilib. BDM keçirdiyi montorinqdən belə qənaətə gəlib ki, Məhəmmədəli Qəribli çalışdığı "Bakı-Xəbər" qəzetində Azərbaycan diasporunun fəaliyyətini ən fəal işıqlandıran jurnalistlərdən olub. Qurumun sədri İsmayıl Ağayevin imzası ilə tərtib olunan təltifdə qeyd olunur ki, M.Qəribli eyni zamanda Beynəlxalq Diaspor Mərkəzinin fəaliyyətini də aktiv işıqlandırıb. Mükafat jurnalistə BDM-in sədr müavini Samir Adıgözəlli tərəfindən "Bakı-Xəbər"in redaksiyasında təqdim olunub. S.Adıgözəlli qəzetin rəhbərliyinə, xüsusilə də baş redaktor Aydın Quliyevə xüsusi təşəkkürünü bildirib: "Qəzetiniz ölkənin ən tanınmış mətbu orqanlarındandır. Tərəfinizdən Azərbaycan diasporu ilə bağlı məlumatların aktiv işıqlandırılması sizə xarici auditoriyadan da xeyli oxucu qazandırıb. Dünyanın müxtəlif ölkələrində yaşayan diaspor fəallarımızla etdiyim söhbətlərdən bilirəm ki, onlar ölkəmiz barədə ən dolğun informasiyanı sizin qəzetin saytı vasitəsilə əldə etməyə üstünlük verir. Sizə fəaliyyətinizdə uğurlar, Məhəmmədəli bəyə isə diaspor mövzusunda yazmaq üçün daha çox məhsuldarlıq arzulayıram". Qəzetin rəhbərliyi və mükafatlandırılan jurnalist BDM rəhbərliyinə göstərdikləri diqqətə görə xüsusi minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR