?Qarabağ? xal itirdi, ?inter? lider oldu

img

16-12-2012 [12:19]


Dünən Premyer Liqada növbəti turun oyunları davam etdirilib. 27 xalla turnir cədvəlinə başçılıq edən ?İnter?lə ?Qarabağ? eyni saatda meydana çıxıb. ?Qarabağ? ?Bakı?nın qonağı olub və oyunda hesab açılmayıb - 0:0. Qeyd edək ki, Qara Qarayev 90-cı dəqiqədə qırmızı vərəqə alaraq, ?Qarabağ?ı azlıqda qoyub. "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bakı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, qarşılaşmaya ciddi hazırlaşsalar da, qapalı oyun nəticəyə təsir göstərib: ?Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda qapalı futbol göstərdi. ?Bakı? çox sürətli oyun göstərir. Bunu ?Neftçi? və ?Qəbələ? ilə oyunlarda da gördük. Meydanı qol vurmadan tərk etmirdilər. Biz 3 xal qazanmaq istəyirdik. Amma heç-heçəni də pis nəticə saymıram". "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç isə nəticədən narazı qalıb: ?Hesabdan razı deyiləm. Meydana 3 xal üçün çıxmışdıq, amma qələbə qazana bilmədik. Futbolçularımız əzmkar oynadı, cinahlardan yaxşı hücumlar qurduq. Amma cərimə meydançasında bunlardan istifadə edə bilmədik". Bandoviç komandasının hücumçuya ehtiyacı olduğunu bildirib: "Komandam təcrübə baxımından yaxşı idi. Əsas 3 xal idi, amma təəssüf ki, onu qazana bilmədik. Komandamızda zəif futbolçu yoxdur. Axırıncı 6 oyunda 5 qol vurmuşuq. Amma hücumçuya ehtiyacımız var?. Turun digər qarşılaşmasında isə ?İnter? Gəncədə ?Kəpəz?in qonağı olub. Vahid liderlik iddiasında olan ?bankirlər? oyuna fəal başlayıb və 23-cü dəqiqədə istəklərinə çatıblar. Kapitan Vladimir Levin rəqib qapısına yol tapıb. Bununla kifayətlənməyən ?İnter? daha bir qol vurub. 72-ci dəqiqədə Nizami Hacıyev autsayderin qapısına yol tapıb. Nəticədə xal hesabını 30-a yüksəldən ?İnter? ən azı bir günlük vahid liderliyi ələ alıb. Əgər ?Simurq? bu gün ?Qəbələ? ilə oyunda xal itirsə, bank klubu ən azı növbəti tura qədər birinci pillədə qərarlaşacaq. "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Kəpəz"lə oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə meydançadan şikayətlənib: "Meydança bərbad vəziyyətdə olduğu üçün oyunumuz yaxşı alınmadı. Ümumilikdə komanda pis oynamadı, qol imkanlarımız olsa da, hamısından yararlana bilmədik. Bundan əlavə rəqib komandanın qapıçısı da bir sıra epizodlarda komandasını xilas etdi. Ümumiyyətlə, Azərbaycan çempionatının oyunları belə meydançalarda oynanılmamalıdır. Artıq ölkədə futbolda inkişaf edir, ?Neftçi? Avroliqanın qrup mərhələsində çıxış etdi. Lakin bu cür meydançalarda futbol oynamaq olmaz". "Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov da meydançanın vəziyyətindən gileylənib: "Meydançanın ot örtüyü istənilən səviyyədə deyil. Oyuna gəldikdə isə müdafiəçilərin səhvindən qapımıza iki qol vuruldu. Bir neçə qol imkanından yararlana bilmədik. Qapıçımızın oyununu qeyd etmək istərdim, bir neçə dəfə komandanı qoldan xilas etdi? Günün son oyununda AZAL ?Turan?ı qəbul edib. Son turlarda nisbətən uğurlu çıxış edib ardıcıl məğlubiyyətləri unutdurmağa çalışan AZAL ?altılıq? şanslarını itirməmək üçün Əfqan Talıbovun gəlişindən sonra çoxları üçün başağırısı olan ?Turan?dan 3 xalı almaq istəsə də, bu baş verməyib. Komandalar 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyib və oyun 0:0 hesabı ilə başa çatıb. Oyundan sonra "Gərgin oyun oldu, qol imkanlarımız olsa da, istifadə edə bilmədik", - deyə açıqlama verən AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "altılıq" uğrunda sonadək mübarizə aparacaqlarını bildirib: "Turan" da bir neçə epizodda qapımıza qol vura bilərdi. Qarşıdakı oyunlarda bu xal itkisinin əvəzini çıxmağa çalışacağıq. Altılıq uğrunda sonadək mübarizə aparmalıyıq?. ?AZAL Premyer Liqanın güclü komandalardan biridir. Oyun çox gərgin alındı. Altılıq uğrunda bütün komandalar gərgin mübarizə aparır". Bunu isə "Turan" klubunun baş məşqçisi Əfqan Talıbov AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında deyib. Ə.Talıbov zədəli və cəzalı futbolçuların çoxluğundan gileylənib: "Xal itirsəydik, bu, bizim üçün yaxşı olmazdı. Zədəli və cəzalı futbolçularımız çox idi. Məcburiyyətdən ehtiyat oyunçuları əsas heyətdə oynatdım?. Onu da qeyd edək ki, turun bir oyunu srağagün keçirilib. ?Xəzər Lənkəran? və ?Neftçi? arasındakı ?Böyük oyun?da meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Tura bu gün keçiriləcək ?Rəvan? ? ?Sumqayıt? və ?Qəbələ? ? ?Simurq? oyunları ilə yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA