Boksçumuz erməni idmançıya qalib gəldi

img

13-12-2012 [11:58]


Rusiyanın Kalininqrad şəhərində davam edən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatında daha bir Azərbaycan idmançısı 1/4 finala yüksəlib.Elvin İsayevin (60 kq) ardından Heybətulla Hacəliyev də mərhələ adlayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni əsilli Artyom Arutunyandan üstün olub ? 17:11. O, 1/4 finalda Belarus təmsilçisi Aleksek Qaletiçlə üz-üzə gələcək. Xatırladaq ki, İsayev 1/8 finalda Ermənistan yığmasının üzvü Ohanes Baçkova qalib gəlmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA