"Neftçi"nin rəqibi üsyan etdi

img

05-12-2012 [03:48]


Avropa Liqasının qrup mərhələsində ?Neftçi?nin rəqibi olan ?Partizan?ın üzvləri ?Rubin?lə oyun ərəfəsində dünən keçirilməli olan axşam məşqinə çıxmaqdan imtina ediblər. Qol.Az-ın Serbiya mətbuatına istinadən yaydığı xəbərə görə, buna Belqrad klubunun futbolçularına olan borcunu gecikdirməsi səbəb olub. Bununla belə, klubun idman direktoru Lyubiş Tumbakiviçlə yarımsaatlıq danışıqlardan sonra tərəflər orta məxrəcə gələ bilib. Yalnız bundan sonra futbolçular məşqə başlayıblar. Məlumatda qeyd olunur ki, ?Partizan?ın baş məşqçisi Vladimir Vermezoviç öz cibindən futbolçularından birinə avtomobili üçün götürdüyü kredit borcunun bir hissəsini verib. Bəzi məlumatlara görə isə Belqrad klubunun üzvləri bu ilin may ayından bəri maaşlarını ala bilmirlər. Komandanın iqtisadi durumum aşağı olması səbəbindən ?Partizan?ın qış fasiləsində xaricdə keçirmək istədiyi təlim-məşq toplanışları ləğv olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA