Böyükağa Hacıyev: ?Foqts gedib öz komandasının dərdini çəksin?

img

04-12-2012 [08:17]


?Sabah səhər İtaliyaya yola düşürük. ?İnter?lə görüş bizim üçün çox vacibdir. Mən belə fikirləşirəm ki, ordan ən azı heç-heçə ilə qayıdacağıq. Çalışacağıq ki, uğurla başladığımız bu turniri yaxşı notlarla başa vuraq?. Qol.Az saytına açıqlamasında bu sözləri ?Neftçi?nin baş məşqçisi Böyükağa Hacıyev dekabrın 6-da İtaliyada?İnter?ə qarşı keçiriləcək oyun haqda danışarkən bildirib. O qeyd edib ki, görüş ərəfəsində komandalarında bəzi futbolçuların zədəsi var: ?Təəssüf ki, bir neçə futbolçumuz zədəlidir. Bugünkü məşqimizdə İqor Mitreski və Flavinyo iştirak etmədi. Buna baxmayaraq, sabah onlar bizimlə birgə Milana uçurlar. Həkimlər çalışır ki, dekabrın 6-dakı oyuna onları hazırlaya bilsinlər?. B.Hacıyev uzun müddət zədəli olan özbəkistanlı hücumçuları Bahadır Nasimovun ?İnter?lə oyunda iştirak edəcəyi haqda məlumatlara toxunub: ?Bahadırın meydana qayıtmağına hələ təxminən iyirmi gün var?. O, millimizin baş məşqçisi Berti Foqtsun ?Neftçi? və ?Qarabağ? Azərbaycanın ən güclü komandaları olsa da, Premyer Liqada bir-birilərinə qarşı keçirdikləri son matçda cəmi 30-35 dəqiqə yaxşı oyun nümayiş etdirdilər? fikrinə də münasibət bildirib. ?Bu, Foqtsun fikridir. O, gedib öz komandasının dərdini çəksin. Biz 30-35 dəqiqə oynayırıqsa, onun komandası heç 10 dəqiqə də yaxşı oynamır. Komandası gəlsin, ?Neftçi? ilə oynasın, görək hansı daha güclüdür? ? deyə B.Hacıyev bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA