?Bizim üçün ?Azadlıq?ı bu zəkildə saxlamaq daha önəmlidir?

img

26-11-2012 [12:00]


?ZQAH? Holdinqin prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla məlum məhkəmə çəkişməsindən sonra qəzetimizin təkzib verməsinə ?Yeni Müsavat? qəzetinin baş redaktorunun müavini Azər Ayxan özünəməxsus reaksiya verib. ?Bu vəziyyət, yəni ?Azadlıq? qəzetinin üzr istəyərək, təkzib verərək geri çəkilməsi yeni situasiya və arzuolunmaz presedent yaradıb. Lakin bu heç de o demək deyil ki, ?Yeni Müsavat? da Anar Məmmədovdan üzr istəyəcək. Biz bu məsələdə qanunların tələblərinə riayət etməyə üstünlük veririk. Bu tələblər nədirsə, onu da icra edəcəyik. Hətta ola bilər ki, ?Yeni Müsavat? bu cəriməni ödəsin, lakin qəzet adi korrupsiyaya, qaranlıq işlərə bulaşmış Anar Məmmədovdan üzr istəməyəcək. Biz ona bu ləzzəti yaşatmayacağıq?, - deyə o bildirib. Azər Ayxanın ?Azadlıq?ın qərarını tənqid etməsinə münasibət bildirən qəzetin redaktoru Sücəddin Şərifov bunları deyib: ?Azadlıq? kimi bir əsl müstəqil qəzeti yaşatmaq çox çətindir. Oxucular bilir ki, yaşadığımız bütün məhrumiyyətlərə baxmayaraq, biz İlham Əliyevin özünü də, yaxın çevrəsini də şəxsən tənqid edirik. Heç bir vəzifəli şəxs ?Azadlıq?ın tənqidlərindən yayına bilmir. Biz müxtəlif bəhanələrlə heç bir dövlət rəsmisini tənqiddən kənar saxlamırıq. Azərbaycan kimi azad olmayan ölkədə bunu etmək asan deyil. Asan olsaydı, başqa qəzetlər də belə edərdi. ?Azadlıq? isə mütamadi həbslər, döyülmələr, mənəvi və fiziki terror şəraitində bu prinspial kursu sədaqətlə davam erdirir. Qəzeti qorumaq üçün bəzən istəmədiyimiz manevrləri etməli oluruq. Anar Məmmədovla bağlı məhkəmələrin təzyiqindən sonra təkzib verməyimiz də belə manevrdir. Bizim də seçim imkanımız var idi. Ya İlham Əliyev, Ramiz Mehdiyev, Rami Usubov və digər mühüm hakimiyyət nümayəndələri barədə açıq tənqidə senzura qoyub, Anar Məmmədov kimilərlə ötkəm danışacaqdıq, ya da Anar Məmmədovun istədiyi təkzibi verib İlham Əliyev və ətrafını tənqid etmək imkanını saxlayacaqdıq. Biz ikinci yolu seçdik. Bizim üçün ?Azadlıq?ı bu şəkildə - bəlalarımızın əsas səbəbkarlarından açıq danışa biləcək səviyyədə qoruyub saxlamaq daha önəmlidir. Bizdən təkzib verməyimizi Azərbaycanın ən yuxarı instansiyada məhkəməsi tələb edirdi. Hesabımıza həbs qoyulmuşdu. Həbsin götürülməsi üçün məhkəməyə müraciətimiz təmin edilmədi. Hüquqi prosedura görə, hətta cəriməni ödəyəcəyimiz halda belə, təkzibi dərc etməyəcəyimiz müddətdə hesabımızın həbsdə qalacağı bəlli idi. Hesabımızın həbsdə qalması isə nəinki əməkdaşlarımızın maaş ala bilməməsi, hətta qəzetin çapını davam etdirə bilməməsi demək olardı. Bəli biz kasıb qəzetik, ən azı ona görə ki heç Azərbaycanı bu günə salanlara xidmət edənlərin reklamından da bəhrələnmirik. Biz bilən, ?Yeni Müsavat?ın belə bir problemi yoxdur - eyni iş üzrə onun hesabına həbs qoyulmayıb. Bundan başqa, bildiyim qədər, ?Yeni Müsavat?ın rəhbərliyi bu iş üzrə Anar Məmmədovla barışıq əldə etmək üçün hətta onun atası Ziya Məmmədova da rəsmən müraciət edib və yeri gəlmişkən, bu zaman məhkəmə ortağı olan bizimlə hər hansı məsləhətləşmə aparmayıb. Biz hər hansı qınağa tuş gələ biləcək hərəkətə yol verməmişik. Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarlarını, sona qədər hüquqi mübarizə yolunu keçməklə, yerinə yetirmək məcburiyyətində qalmışıq. Azərbaycanda məhkəmələrin müstəqil olmaması və sifarişlə qərarlar çıxarıb icraya yönəltməsi isə bizim günahımız deyil. Biz həm də elə bu eybəcər reallığı dəyişmək naminə fəaliyyət göstəririk və bir daha vurğulayıram ki, fəaliyyətimizi indiyə qədər olduğu kimi davam etdirə bilmək bizim üçün belə ?geri çəkilmədən? daha vacibdir?.(azadliq)

Digər xəbərlər
SON XƏBƏRLƏR