Biləcəridə evlərə qanlı hücum; ?SOCAR?ın qoçular bir ailəni qana boyadı

img

23-10-2012 [10:51]


?Səhər saatlarında Dövlət Neft Şirkətinin 30-a yaxın işçisi qardaşımın evinə hücum etdi. Səsə çıxdım, ağzımı açmağa macal vermədilər, məni də döydülər. Bu nə özbaşınalıqdır? Evimiz qanunsuzdursa, gəlin deyin ki, qanunsuzdur. Biz də qanun çərçivəsində işləyək. Yoxsa, bunlar kimi? Bir söz demədən hücum edirlər. Qadın, uşaq bilmirlər. Qarşılarına kim çıxdı, təpiklərinin altına salırlar...?, - deyə Biləcəri qəsəbəsində, Məlik Aslanov küçəsi, döngə 12 ünvanında yaşayan Niyaz Ismayılov səhər tezdən başlarına açılan oyunlardan danışır. Niyaz Ismayılov qardaşı ilə qonşudur: ?Biz 2005-ci ildən burada yaşayırıq. Burada 100-dən çox ailə yaşayır, heç birinin də ?kupça"sı yoxdur. Ancaq bütün tikililərdən bələdiyyə və icra nümayəndəliyinin xəbəri var. Biz hər ay kommunal xidmət haqqı veririk. Hər kəsin evinə su, qaz, işıq xətləri çəkilib. Bir sözlə, tam yaşayış məkanıdır. Ancaq qoluzorlular evimizə hücum ediblər". Zərərçəkmişin sözlərinə görə, onlara hücum edənlərin əynində üzərində ?SOCAR? yazılmış qara forma olub. Bir qrup isə əsgər mundirində olub: ?Dünən də (srağagün-red) bura hücum etmişdilər, evin hasarını, damını uçurtdular. Bugünkü (dünənki) hücumun məqsədi isə bizi döymək idi...? Ismayılovlar deyir ki, Neft Şirkətinin əməkdaşları qarşılarına çıxan hər kəsi döyüblər: ?Bizim ailədə yaxın vaxtlarda vətəni qorumağa gedəsi övlad, iki azyaşlı uşaq var. Onlara da fikir vermədilər və döydülər. Insanları top kimi, burdan ora, ordan-bura atırdılar. Nəyə görə hücum etdiklərini, nədən belə aqressiv olduqlarını demədilər?. Sir-sifəti tanınmaz hala düşən Niyaz Ismayılov ötən gün Binəqədi rayon Polis Idarəsinin 4-cü polis bölməsinə də şikayət edib: ?Bölmədə məni dinlədilər, ərizəmi yazdım. Məni ekspertizaya göndərdilər?. Dövlət Neft Şirkətindən də baş vermiş qarşıdurmaya münasibət bildiriblər. ARDNŞ-ın Hüquq idarəsinin şöbə rəisi Şahin Ismayılov ?modern.az?a açıqlamasında deyib ki, bu qurumun baş verənlərə aidiyyəti yoxdur: ?Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də danışdım. Onlar da belə əməliyyat həyata keçirməyiblər. Ümumiyyətlə, o ətrafda bizim şirkətin əməkdaşlarından heç kim olmayıb. Bu məlumatı da sizdən eşidirəm. Əslində, belə bir şey barədə hər hansı tədbir görülürsə, bu barədə sənədləşmə aparılmalıdır. Həmin ətrafda nə bu gün, nə də bundan öncəki günlərdə ev söküntüsü ilə bağlı tədbirimiz olmayıb. Bilmirəm bunu hansı vətəndaş deyir? Bizim təhlükəsizlik əməkdaşlarına heç bir göstəriş verilməmiş heç kəs tədbir keçirə bilməz. Yaxşı olardı ki, həmin insanlar Dövlət Neft Şirkətinin baş ofisinə yazılı ərizə ilə müraciət etsinlər. Konkret belə bir şey olubsa aşkarlayaq?. Şöbə rəisi onu da bildirib ki, şirkətin təhlükəsizlik əməkdaşlarının təsdiq olunmuş təlimatları var. Onlar da bu təlimata uyğun hərəkət edirlər. Bu təlimata uyğun hər hansı göstəriş, tapşırıq olmadan tədbir həyata keçirməyə və yaxud da nəyisə mühafizəyə götürməyə səlahiyyətləri yoxdur. Əgər belə bir hal aşkarlanarsa, ən pis halda, əmək qanunvericiliyinin tələbinə uyğun həmin işçilər işdən azad edilir. Bu hal da müstəsna deyil. Əmək qanunvericiliyində ən sərt cəza işçinin tutduğu vəzifədən azad olunması göstərilir ki, biz də onu edəcəyik. Ancaq vətəndaş özü də bu barədə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilər". azadliq.info

Digər xəbərlər
SON XƏBƏRLƏR