"Barselona" və "Atletiko" rəqiblərini darmadağın etdi

img

26-11-2012 [11:27]


İspaniya La Liqasında doğma azarkeşləri önündə "Sevilya"nı qəbul edən "Atletiko" (Madrid) klubu rəqibini darmadağınla yola salıb. Fasiləyə qədər 3 qol vuran Madrid klubu ikinci hissədə daha bir dəfə fərqlənib - 4:0. La Liqanın hazırki lideri "Barselona" da turu qələbə ilə başa vurub. Səfərdə "Levante"ni 4 cavabsız qolla məğlub edən Kataloniya təmsilçisi "Real" (Madrid) klubu ilə xal fərqini 11-yə yüksəldib. Qeyd edək ki, XIII tura bu axşam keçiriləcək "Saraqoza" - "Selta Viqo" oyunu ilə yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA