"Spartak"ın baz məzqçisi qovuldu

img

25-11-2012 [08:43]


Moskvanın "Spartak" klubunun baş məşqçisi, ispaniyalı Unai Emeri istefaya göndərilib. Türkiyə mətbuatınınverdiyi məlumata görə, bu qərarı komandanın baş direktoru Valeri Karpin "Spartak"ın Rusiya çempionatının 17-ci turu çərçivəsində paytaxt "Dinamo"suna öz meydanın 1:5 hesabı ilə məğlub olmasından sonra açıqlayıb. "Klubun səhmdarları belə bir qərar qəbul ediblər ki, Unai Emeri bundan sonra "Spartak"ı çalışdırmayacaq", - Valeri Karpin bildirib. Onun sözlərinə görə, yeni baş məşqçinin adı yaxın günlərdə məlum olacaq. 41 yaşlı Unai Emeri "Spartak"a bu ilin iyunundan başçılıq edir. Onunla iki illik müqavilə bağlanmışdı. Ötən ilin gümüş mükafatçısı olan komanda qarşısında bu mövsüm daha yüksək məqsədlər qoyulmuşdu. Lakin ispaniyalı mütəxəssisin rəhərbərliyi altında komanda rəhbərliyə və azarkeşlərə lazım olan nəticəni göstərə bilmədi. "Spartak" ölkə çempionatında 29 xall 6-cı yeri tutur. Komanda üçün Çempionlar Liqasında çıxış da iflasla nəticələndi. Cəmi bir qələbə qazanan Moskva klubu dörd dəfə məğlub oldu və turnirdə mübarizəni dayandırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA